Qelebə.az / Premyer Liqa: Növbəti turun hakimləri açıqlanıb

Premyer Liqa: Növbəti turun hakimləri açıqlanıb

14-03-2023, 16:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun hakim təyinatları açıqlanıb.

"QELEBE.AZ" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, FIFA referilərindən Əliyar Ağayev "Səbail" - "Turan Tovuz" oyununu, Elçin Məsiyev isə "Neftçi" - "Kəpəz" matçını idarə edəcək.

15 mart (çərşənbə)

18:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”.

20:30. “Zirə” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu.

16 mart (cümə axşamı)

16:00. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”.

19:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Namiq Hüseynov, Elşad Abdullayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”.

17 mart (cümə)

17:00. “Qəbələ” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu.

Geri qayıt