Qelebə.az / Azərbaycanlı hakim Çempionlar Liqasının 1/4 final mərhələsinə təyinat alıb

Azərbaycanlı hakim Çempionlar Liqasının 1/4 final mərhələsinə təyinat alıb

14-03-2023, 12:03

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin oyununa təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından “QELEBE.AZ”a verilən məlumata görə, referi Türkiyə klubu “Vakıfbank”la İtaliya təmsilçisi “Vero Volley” arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.

Görüş martın 15-də İstanbulun “Vakıfbank Sport Salonu”nda təşkil olunacaq.

Eldar Zülfüqarov ikinci hakim kimi iş başında olacaq. Matçın birinci hakimi funksiyasını isə serbiyalı Mirko Yankoviç yerinə yetirəcək.

Geri qayıt