Qelebə.az / Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlində 21 xal itirib

Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlində 21 xal itirib

13-03-2023, 15:05

Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlində 21 xal itirib.

“Report”un məlumatına görə, Joze Alesio Da Silvanın kollektivinin xalı 1384-dən 1363-ə enib.

Bunda yığmanın dünya çempionatının əsas mərhələsində Polşaya (2:7) məğlubiyyəti əsas rol oynayıb. Komanda martın 3-də Bakıda Yunanıstana 5:2 hesabı ilə qalib gəlsə də, dörd gün sonra Polşa səfərində bu uğuru davam etdirə bilməyib.

Xal itkisinə baxmayaraq, milli reytinqdə 14-cü pillədəki mövqeyini qoruyub.

Siyahıya ötən reytinqdə olduğu kimi, Braziliya seçməsi başçılıq edir. Cənubi Amerika təmsilçisi 1796 xala malikdir. İspaniya (1772) ikinci, Portuqaliya (1753) isə üçüncü sıradakı yerini qoruyub.

Geri qayıt