Qelebə.az / Neymar karyerasını bitirəcəyi vaxtı müəyyənləşdirib

Neymar karyerasını bitirəcəyi vaxtı müəyyənləşdirib

13-03-2023, 14:18

Fransanın PSJ klubunun futbolçusu Neymar karyerasını bitirəcəyi vaxtı müəyyənləşdirib.

“Report” “The Athletic”ə istinadən xəbər verir ki, Braziliya millisinin üzvü 2027-ci ildə futbolla vidalaşmağı planlaşdırır.

31 yaşlı hücumçu həmin vaxta qədər məhz PSJ-nin formasını geyinmək və karyerasını Paris təmsilçisində bitirmək niyyətindədir. 2017-ci ildən PSJ-nin formasını geyinən ulduz futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, sağ dizindən əməliyyat olunan Neymar üçün cari mövsüm başa çatıb.

Geri qayıt