Qelebə.az / İtaliya çempionatları tarixinin ən yaşlı futbolçuları müəyyənləşib

İtaliya çempionatları tarixinin ən yaşlı futbolçuları müəyyənləşib

11-03-2023, 13:11

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İtaliya çempionatları tarixinin ən yaşlı futbolçularını açıqlayıb.

“QELEBE.AZ” qurumun saytına istinadən xəbər verir ki, siyahıya “Milan”ın hücumçusu Zlatan İbrahimoviç başçılıq edir.

Son olaraq XXV turda “Fiorentina” (1:2) ilə keçirilən matçda iştirak edən isveçli forvard rekordu ələ keçirib. O, 41 yaş 158 günlüyündə meydana çıxıb. İbrahimoviçin “Milan”la müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, onun öz rekordunu daha da yaxşılaşdırmaq imkanı var.

Futbolçu

Ölkəsi

Klubu

Son oyunda yaşı

Son oyunu

1

Zlatan İbrahimoviç

İsveç

“Milan”

41 yaş 158 gün

04.03.2023

2

Alessandro Kostakurta

İtaliya

“Milan”

41 yaş 25 gün

19.05.2007

3

Pyetro Verkuvud

İtaliya

“Pyaçentsa”

41 yaş 10 gün

16.04.2000

4

Paolo Maldini

İtaliya

“Milan”

40 yaş 339 gün

31.05.2009

5

Xavyer Zanetti

Argentina

“İnter”

40 yaş 281 gün

18.05.2014

6

Françesko Totti

İtaliya

“Roma”

40 yaş 243 gün

28.05.2017

7

Silvio Piola

İtaliya

“Novara”

40 yaş 159 gün

07.03.1954

8

Serxio Pellissier

İtaliya

“Kyevo”

40 yaş 43 gün

25.05.2019

Geri qayıt