Qelebə.az / Həndbol üzrə Azərbaycan millisi Bolqarıstan və Nigeriya ilə qarşılaşacaq

Həndbol üzrə Azərbaycan millisi Bolqarıstan və Nigeriya ilə qarşılaşacaq

11-03-2023, 09:13

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin inkişaf etməkdə olan ölkələrin turnirində rəqibləri müəyyənləşib.

“Report”un məlumatına görə, Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil qərargahında keçirilən püşkatma mərasimində yığma D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.

Püşkün nəticəsinə əsasən, iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla 4 qrupa bölünüb. Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.

A qrupu: Malta, Andorra, Hindistan

B qrupu: Kipr, Moldova, Avstraliya

C qrupu: Böyük Britaniya, Kuba, Qvatemala

D qrupu: Azərbaycan, Bolqarıstan, Nigeriya

Qeyd edək ki, yarış 25-30 aprel aralığında Bolqarıstanın Varna şəhərində keçiriləcək.

Geri qayıt