Qelebə.az / "Mançester Yunayted" 23 ildən sonra rekordunu təkrarlayıb

"Mançester Yunayted" 23 ildən sonra rekordunu təkrarlayıb

10-03-2023, 09:25

İngiltərənin "Mançester Yunayted" klubu öz rekordunu yeniləyib.

"QELEBE.AZ" "Opta"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" buna İspaniya "Betis"ini 4:1 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının ilk oyununda nail olub.

Mankunyanlar ardıcıl 15 ev matçında 2 və daha çox qol vurmağı bacarıb. Klub tarixində 4-cü dəfə bu seriya gerçəkləşib. "Mançester Yunayted" son olaraq 2000-ci ildə bunu bacarıb.

Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması martın 16-da baş tutacaq.

Geri qayıt