Qelebə.az / Konfrans Liqası: 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub – YENİLƏNİB

Konfrans Liqası: 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub – YENİLƏNİB

10-03-2023, 02:33

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.

"QELEBE.AZ" xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma keçirilib.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Gent" Belçikada Türkiyə "Başakşehir"i ilə bərabərliyə razılaşıb – 1:1.

Ağdam klubunun Çempionlar Liqasının təsnifat oyunlarında məğlub etdiyi Polşa "Lex"i evdə İsveç "Yurqarden"i məğlub edib – 2:0.

İsveçrə "Bazel"i isə Slovakiya "Slovan"ı ilə bacarmayıb – 2:2.

Bu raundun cavab matçları martın 16-da olacaq.

UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
10 mart

00:00. “Gent” (Belçika) - “Başakşehir” (Türkiyə) - 1:1
Qollar:
G.Orban, 35 - S.Okaka, 16

00:00. "Fiorentina" (İtaliya) - "Sivasspor" (Türkiyə) – 1:0
Qol:
A.Barak, 69

00:00. "Lex" (Polşa) - "Yurqorden" (İsveç) - 2:0
Qollar:
A.Miliç, 39, F.Marçvinski, 82

00:00. "Bazel" (İsveçrə) - "Slovan" (Slovakiya) – 2:2
Qollar:
Z.Amduni, 6, A.Zekiri, 40 – J.Medvedev, 17, M.Abubakari, 7

Qeyd edək ki,1/8 finalın ilk oyunu martın 8-də İtaliyada "Latsio" və Niderlandın "AZ Alkmaar" komandaları arasında keçirilib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 2:1.

00:14

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçları davam edir.

"QELEBE.AZ"un məlumatına görə, ikinci oyun günündə ilk olaraq daha 3 qarşılaşma baş tutub.

AEK (Larnaka, Kipr) evə İngiltərə "Vest Hem"inə uduzub – 0:2.

Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda “Şerif” Moldovada “Nitsa” (Fransa) ilə bacarmayıb – 0:1.

"Anderlext" isə Belçikada "Vilyarreal"ın müqavimətini qıra bilməyib – 1:1

UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
9 mart

21:45. AEK (Larnaka, Kipr) - “Vest Hem” (İngiltərə) - 0:2
Qollar:
M.Antonio, 36, 45+2

21:45. “Şerif” (Moldova) - “Nitsa” (Fransa) - 0:1
Qol:
Ayub Amraui, 45+3

21:45. “Anderlext” (Belçika) - “Vilyarreal” (İspaniya) - 1:1
Qollar:
A.Dreyer, 57 - M.Triqeros, 2

Geri qayıt