Qelebə.az / AFFA-nın baş katibi: "Premyer Liqada klubların sayının artırılması gündəmdə deyil"

AFFA-nın baş katibi: "Premyer Liqada klubların sayının artırılması gündəmdə deyil"

7-03-2023, 13:36

“Premyer Liqada klubların sayının artırılması gündəmdə deyil”.

“Report” xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, mövsümün sonunda bir komandanın elitanı tərk edəcəyini vurğulayıb: “Bu il bir komanda Premyer Liqanı tərk edəcək. Ona görə komandalar bunu diqqətdə saxlamalıdırlar. I Diviziondan bir kollektiv idman prinsipləri qorunaraq əsas dəstəyə gələcək”.

Geri qayıt