Qelebə.az / “Qarabağ”ın zədəli futbolçusu Monteneqro millisinə çağırılıb

“Qarabağ”ın zədəli futbolçusu Monteneqro millisinə çağırılıb

7-03-2023, 09:36

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə çağırılıblar.

“Report” xəbər verir ki, baş məşqçi Miodraq Raduloviç AVRO-2024-ün seçmə qrup mərhələsinin ilk iki oyunu üçün adıçəkilən oyunçulara dəvət göndərib.

Maraqlıdır ki, yarımmüdafiəçi Yankoviç zədə səbəbindən Ağdam klubunun son 4 oyununu buraxmasına baxmayaraq, 27 nəfərlik heyətə daxil edilib.

Qeyd edək ki, Monteneqro millisi G qrupu çərçivəsində martın 24-də səfərdə Bolqarıstanla, üç gün sonra isə evdə Serbiya ilə qarşılaşacaq.

Geri qayıt