Qelebə.az / Neymar zədə səbəbindən mövsümü başa vurub

Neymar zədə səbəbindən mövsümü başa vurub

6-03-2023, 20:49

Fransanın PSJ klubunun futbolçusu Neymar 2022/2023 mövsümünü başa vurub.

“Report” xəbər verir ki, bu barədə Paris təmsilçisi məlumat yayıb.

Vurğulanıb ki, braziliyalı hücumçu dabanındakı zədələrlə əlaqədar riskə getməmək və əməliyyat olunmaq qərarına gəlib. Onun təxminən 3-4 ay sonra məşqlərə başlayacağı bildirilib.

Qeyd edək ki, Neymar cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində keçirdiyi 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə verib.

Geri qayıt