Qelebə.az / Azərbaycanın FIFA referisi təyinat alıb

Azərbaycanın FIFA referisi təyinat alıb

6-03-2023, 10:14

Azərbaycanın futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.

"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunun qarşılaşmalarını idarə edəcək.

Martın 21-dən 26-dək Serbiyada təşkil olunacaq qrup oyunlarında Serbiya, Ukrayna, Rumıniya və Monteneqro komandaları mübarizə aparacaq.

Geri qayıt