Qelebə.az / Azərbaycanın qrup hərəkətləri komandası Almaniyada daha iki medal qazanıb

Azərbaycanın qrup hərəkətləri komandası Almaniyada daha iki medal qazanıb

6-03-2023, 10:21

Azərbaycanın bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandası Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən beynəlxalq turnirdə daha iki gümüş medal qazanıb.

"QELEBE.AZ" xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı kollektiv 5 top və 5 iplə hərəkətlərin icrasına görə ikinci yeri tutub.

Qeyd edək ki, bu, qrup hərəkətləri komandasının sözügedən tunirdə sayca 3-cü gümüş medalı olub.

Geri qayıt