Qelebə.az / Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb

Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb

Bu gün, 13:37

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Batumidə keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” matçında baş verən insident zamanı saxlanılan türkiyəli azarkeşlər sərbəst buraxılıblar.

QELEBE.AZ xəbər verir ki, Türkiyə tərəfinin Gürcüstan rəsmiləri ilə apardığı danışıqlardan sonra saxlanılan 16 nəfərin hamısı azadlığa buraxılıb.

Bundan başqa, hadisə zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən iki Türkiyə vətəndaşı da evə buraxılıb.

Xatırladaq ki, qarşılaşma zamanı Fələstin bayrağı açan “Beşiktaş” azarkeşlərinə Gürcüstan polisi müdaxilə edib.

Tribunalarda yaranan gərginlik səbəbindən oyun bir müddət dayandırılıb. Gürcüstan Daxili İşlər Nazirliyi hadisə zamanı üç polis əməkdaşının xəsarət aldığını açıqlayıb.

Qeyd edək ki, qarşılaşma “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Geri qayıt