Qelebə.az / Lider "Neftçi" "Zirə" ilə üz-üzə - YENİLƏNİR

Lider "Neftçi" "Zirə" ilə üz-üzə - YENİLƏNİR

Bu gün, 10:03

Bu gün Misli Premyer Liqasının XIII turunun ilk oyun gününə Bakıda yekun vurulacaq.

Apasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Neftçi” “Zirə”ni qəbul edəcək.

“Palms Sports Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Geridə qalan 12 turdan sonra “Neftçi” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Zirə” isə 20 xalla 5-ci pillədə qərarlaşıb.

Rəşad Sadıqovun komandası qarşılaşmaya dörd itki ilə çıxacaq. İssa Cibrila, Bayere Lue, Ktatau və Anje Mutsinzi zədə səbəbindən görüşü buraxacaqlar.

Qeyd edək ki, “Neftçi” cari mövsümdə yeganə məğlubiyyətini məhz “Zirə”dən alıb. Tərəflər arasında ilk dövrədə keçirilən qarşılaşma “qartallar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Misli Premyer Liqası

II dövrə, XIII tur

27 noyabr

19:00. “Neftçi” – “Zirə”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov

VAR: Kamal Umudlu

AVAR: Şirməmməd Məmmədov

Bakı. “Palms Sports Arena”

Geri qayıt