Qelebə.az / “Beşiktaş”ın oyununda kütləvi dava - OYUN BƏRPA OLUNDU - YENİLƏNİB - VİDEO

“Beşiktaş”ın oyununda kütləvi dava - OYUN BƏRPA OLUNDU - YENİLƏNİB - VİDEO

Bu gün, 22:20

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Beşiktaş”la “Hapoel” (Beer-Şeva) arasında keçirilən görüş 25 dəqiqəlik fasilədən sonra bərpa olunub.

QELEBE.AZ xəbər verir ki, futbolçular və azarkeşlər arasında yaşanan qarşıdurma səbəbindən dayandırılan matç yenidən başlayıb.

****

22:19

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Beşiktaş” Gürcüstanda “Hapoel”i (Beer-Şeva) qəbul edir.

QELEBE.AZ xəbər verir ki, hazırda 0:0 hesabı ilə davam edən görüşdə gərgin anlar yaşanıb.

Belə ki, matçın 20-ci dəqiqəsində hər iki komandanın futbolçuları arasında insident baş verib. Bir qədər sonra isə azarkeşlər arasında qarşıdurma yaşanıb. Nəticədə qarşılaşma dayandırılıb.

Həmin görüntüləri təqdim edirik:

Geri qayıt