NBA-da müntəzəm mövsümün növbəti oyunları keçirilib.
QELEBE.AZ xəbər verir ki, Türkiyə millisinin üzvü Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” doğma meydanda “Finiks Sans”ı 116:104 hesabı ilə məğlub edib.
Türkiyəli basketbolçu 23 xal, 11 ribaund və 11 məhsuldar ötürmə ilə tripl-dabla imza atıb.
Karyerasında 15-ci dəfə bu göstəriciyə imza atan Şengün əfsanəvi basketbolçu Hakim Olacuvonu geridə qoyub. O, “Hyuston Rokets” tarixində ən çox tripl-dabl edən ikinci basketbolçu olub.
Bu göstərici üzrə klubun rekordçusu 46 tripl-dabla Ceyms Hardendir.
NBA
26 noyabr
“Filadelfiya” – “Mayami” – 111:104
“Şarlott” – “Çikaqo” – 105:107
“Oklahoma” – “Minnesota” – 106:113
“Nyu-York” – “Klivlend” – 121:102
“Miluoki” – “Bruklin” – 97:104
“Memfis” – “Los-Anceles Klippers” – 115:97
“Hyuston” – “Finiks” – 116:104
“Portlend” – “San-Antonio” – 116:111
“Qolden Steyt” – “Sakramento” – 129:110