Türkiyənin “Trabzonspor” klubu bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.
QELEBE.AZ xəbər verir ki, Trabzon təmsilçisi IV tur çərçivəsində Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə qarşılaşacaq.
“Trabzonspor” keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə məğlub olub. Türkiyə klubu 6 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
ÇSKA isə indiyədək qələbə qazana bilməyib. Bolqarıstan təmsilçisi 3 qarşılaşmada 1 heç-heçə edib, 2 dəfə uduzub. Komanda 1 xalla 28-ci yerdədir.
“Trabzonspor” əvvəlki turda Almaniyanın “Frayburq” klubuna doğma meydanda 0:1 hesabı ilə məğlub olub. ÇSKA da öz növbəsində Yunanıstanda “Panatinaikos”a 1:2 hesabı ilə uduzub.
Sofiyadakı “Bılqarska Armiya” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Jeremi Pinyar idarə edəcək.
UEFA Konfrans Liqası
Liqa mərhələsi, IV tur
27 noyabr
00:00. ÇSKA (Sofiya) – “Trabzonspor”
Baş hakim: Jeremi Pinyar (Fransa)
Stadion: “Bılqarska Armiya” (Sofiya, Bolqarıstan)