Qelebə.az / Bakıda 33 idman federasiyasını bir araya gətirəcək sərgi keçiriləcək

Bakıda 33 idman federasiyasını bir araya gətirəcək sərgi keçiriləcək

Bu gün, 20:38

Noyabrın 27-28-də Bakı İdman Sarayında “ExpoSport Azerbaijan 2026” Azərbaycan beynəlxalq idman, fitnes, sağlamlıq və aktiv həyat tərzi sərgisi keçiriləcək.

Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq sərgidə 33 idman federasiyası, 10 şirkət və altı tərəfdaş iştirak edəcək.

Tədbirin məqsədi idman sahəsində yeniliklərin nümayiş etdirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi, sağlam və aktiv həyat tərzinin təşviqidir.

İki gün davam edəcək sərgidə ziyarətçilər müxtəlif idman növləri, müasir texnologiyalar və avadanlıqlarla tanış ola biləcəklər.

Sərgi çərçivəsində ustad dərsləri, interaktiv oyunlar, idman nümayişləri, hədiyyəli viktorinalar və avtoqraf sessiyaları təşkil olunacaq.

Geri qayıt