Qelebə.az / “Beşiktaş” “Hapoel”lə oyuna bir itki ilə çıxacaq

“Beşiktaş” “Hapoel”lə oyuna bir itki ilə çıxacaq

Bu gün, 12:09

“Beşiktaş” UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Hapoel" (Beer-Şeva) ilə qarşılaşmada bir futbolçusunun xidmətindən yararlana bilməyəcək.

QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisinin heyətində cəzalı Ümit Akdağ yer almayacaq.

Qeyd edək ki, “Beşiktaş” – "Hapoel" (Beer-Şeva) matçı sabah Gürcüstanın Batumi şəhərində keçiriləcək. Batumi stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Qarşılaşmanı danimarkalı referi Morten Kroq idarə edəcək.

Geri qayıt