Qelebə.az / Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə

Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə

Bu gün, 19:34

Portuqaliyalı sabiq futbolçu Rikardo Kuareşmanın oğlu Rikardo Kuareşma Cunior (Riki) “Sportinq”in akademiyasına qoşulub.

Apasport.az xəbər verir ki, 14 yaşlı futbolçu Portuqaliya təmsilçisinin akademiyası ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Atası ilə eyni adı daşıyan Riki cinah hücumçusu mövqeyində çıxış edir. O, daha əvvəl “Portu”nun akademiyasında da məşq edib. Gənc futbolçu 2022/2023 mövsümündən “Sportinq”in aşağı yaş qruplarında çıxış edir.

Qeyd edək ki, Rikardo Kuareşma da futbolçu karyerasına “Sportinq”in akademiyasında başlayıb. O, sonradan “Barselona”, “Portu”, “İnter”, “Çelsi” və “Beşiktaş” kimi klublarda çıxış edib. Portuqaliya millisinin heyətində isə 2016-cı ildə Avropa çempionu olub.

Geri qayıt