Türkiyənin “Trabzonspor” klubu İngiltərənin “Tottenhem” komandasında çıxış edən Riçarlisonu heyətinə qatmaq istəyir.
QELEBE.AZ xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, London təmsilçisi braziliyalı hücumçu ilə bağlı “Trabzonspor”la keçirdiyi son görüşdə 10 milyon avro transfer haqqı tələb edib.
Tərəflər arasında danışıqlar yenidən başlayıb.
Qeyd edək ki, 29 yaşlı Riçarlison 2022-ci ilin yayından “Tottenhem”in formasını geyinir.