Qelebə.az / Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb

Bu gün, 15:27

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının matçına təyinat alıb.

Apasport.az xəbər verir ki, 31 yaşlı hakim Xorvatiyada yerli "Dinamo" (Zaqreb) və Portuqaliyanın "Benfika" komandaları arasında keçiriləcək III təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Namik Hüseynov və Rahman İmami köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Filip Draqaşeviç yerinə yetirəcək.

Qeyd edək ki, "Dinamo" və "Benfika" klublarının U-19 komandalarının oyunu noyabrın 25-də, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Geri qayıt