Qelebə.az / Qılıncoynatma üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub

Qılıncoynatma üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub

Bu gün, 13:37

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən qılıncoynatma üzrə gənclər arasında ölkə birinciliyi başa çatıb.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

Yarışda sablya və şpaqa növləri üzrə qızlar və oğlanlar arasında fərdi mübarizənin qalib və mükafatçıları müəyyənləşib.

Sablya

Qızlar

1. Leyla Əhmədova

2. Valentina Zeynalova

3. Cahan Sadıxova, Ayan Ağasıyeva

Oğlanlar

1. Abbas Hüseynov

2. Rəsul Əliyev

3. Timur Husnaddinov, İmran Qarayev

Şpaqa

Qızlar

1. Xədicə Həsənli

2. Mirnuray Abasova

3. Aynur Quliyeva, Nəzrin Mehdiyeva

Oğlanlar

1. Osman Məmmədov

2. Mirxətai Məmmədov

3. Oruc Misirzadə, Emin Səfərbəyov

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə AQF-nin birgə təşkilatçılığı ilə keçirilən yarışın qalib və mükafatçıları diplom və medallarla təltif olunublar.

Geri qayıt