Qelebə.az / Meydan sahibləri qələbə qazana bilmədi: Qonaqların turu

Meydan sahibləri qələbə qazana bilmədi: Qonaqların turu

Bu gün, 12:27

Misli Premyer Liqasının XII turu mövsümün ilki ilə əlamətdar olub.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Cari çempionatda ilk dəfə meydan sahibi olan komandalardan heç biri qələbə qazanmayıb.

Məğlub olmayan qonaqlar 6 oyunda 4 qələbə qazanıb və 2 heç-heçə edib. “İmişli” “Zirə” (2:2), “Kəpəz” isə “Qarabağ”la (0:0) qarşılaşmadan xalla ayrılıb. “Sumqayıt” “Sabah”a 1:5, “Şəfa” “Qəbələ”yə 0:2, “Şamaxı” “Turan Tovuz”a 0:2, “Araz-Naxçıvan” “Neftçi”yə 1:3 hesabı ilə uduzub.

Meydan sahiblərinin turu qələbəsiz başa vurması sonuncu dəfə ötən mövsümün əvvəllərində yaşanıb. II turun 6 qarşılaşmasında 1 heç-heçə qeydə alınıb, 5 görüşdə isə qonaqlar qalib gəlib.

Geri qayıt