Qelebə.az / Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı

Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı

Bu gün, 11:18

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino İngiltərə klubundakı fəaliyyətinə uğursuz start verib.

Apasport.az xəbər verir ki, argentinalı mütəxəssisin rəhbərliyi altında ilk matçına çıxan “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının XI turunda səfərdə “Liverpul”a 0:4 hesabı ilə məğlub olublar.

“Opta Analyst”in məlumatına görə, Poçettino bu nəticə ilə klub tarixində debüt oyununda ən böyük hesablı məğlubiyyətə uğrayan baş məşqçilərin antirekordunu təkrarlayıb.

Sonuncu dəfə belə hadisə 100 il əvvəl – 1926-cı ilin oktyabrında yaşanıb. Həmin vaxt Lal Hildiçin rəhbərliyi altında ilk oyununu keçirən Mançester təmsilçisi İngiltərə çempionatında “Bolton”a 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, 11 turdan sonra “Mançester Yunayted” 8 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. “Liverpul” isə 21 xalla 4-cü yerdədir.

Geri qayıt