Bu gün Misli Premyer Liqasında XII tura yekun vurulacaq.
QELEBE.AZ xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Lider "Neftçi" səfərdə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Şamaxı şəhər stadionunda start götürən qarşılaşmaya saat 14:30-da start verilib.
4 qolun vurulduğu matçda sevinən tərəf qonaqlar olub. "Ağ-qaralar" rəqibi üzərində 3:1 hesablı inamlı qələbə qazanıb.
Misli Premyer Liqası
XII tur
14:30. “Araz-Naxçıvan” - “Neftçi” 1:3
Baş hakim: Rəvan Həmzəzadə
Şamaxı şəhər stadionu
“Araz-Naxçıvan”: 1. Artur Auqusto, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 2. Abdulla Rzayev, 27. Boyan Letiç, 6. Patrik Andrade (kapitan), 11. Mohamed Mara, 36. Mamadu Kane, 12. Bruno Franko, 5. Luka Dumançiç, 23. Alberto Fernandes.
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli, 13. Qabil Əlizadə, 21. İbrahim Piriyev, 10. Şarl Boli, 19. Abdullah Sudi.
Baş məşqçi: Yuri Maksimov.
“Neftçi”: 1. Emil Balayev (kapitan), 14. Elvin Bədəlov, 3. Rüfət Abbasov, 5. İqor Ribeyro, 97. Bassala Sambu, 33. Breno Almeyda, 70. Andrey Ştoqrin, 10. Freddi Varqas, 22. Denzel Jubitana, 20. Qustavo Klisman, 88. Viçko Şevel.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 7. Emil Səfərov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 55. Endryu Qravilyon, 29. Lyubomir Tupta, 26. Adeleke Akinyemi, 11. Alen Şkribek, 27. Draqolyub Saviç.
Baş məşqçi: Yuri Vernidub.