Bu gün Misli Premyer Liqasında XII tura yekun vurulacaq.
QELEBE.AZ xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Lider "Neftçi" səfərdə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Şamaxı şəhər stadionunda start götürəcək qarşılaşmaya saat 14:30-da start veriləcək.
Misli Premyer Liqası
XII tur
14:30. “Araz-Naxçıvan” - “Neftçi”
Baş hakim: Rəvan Həmzəzadə
Şamaxı şəhər stadionu