Qelebə.az / “Amed”in futbolçusu yoxa çıxdı – Baş məşqçi yerini bilmir

“Amed”in futbolçusu yoxa çıxdı – Baş məşqçi yerini bilmir

Bu gün, 22:35

Türkiyənin “Amedspor” klubunun hücumçusu Mbaye Caqne milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra komandasının düşərgəsinə qayıtmayıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Besnik Hasi məlumat verib.

Mütəxəssis Türkiyə Superliqasının XII turunda “Çaykur Rizəspor”a qarşı keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında seneqallı futbolçunun vəziyyətindən danışıb.

“Caqnenin harada olduğunu bilmirəm. Bildiyim tək şey onun burada olmamasıdır. Milli fasilədən və istirahət günlərindən sonra hamı komandaya qayıtdı, amma o, gəlmədi. Hazırda harada olduğu barədə məlumatım yoxdur”.

Baş məşqçi futbolçunun yoxluğu ilə bağlı məsələnin klub rəhbərliyi tərəfindən araşdırılmalı olduğunu da bildirib.

Qeyd edək ki, “Amedspor” Türkiyə Superliqasının XII turunda doğma meydanda “Çaykur Rizəspor”a 0:2 hesabı ilə məğlub olub.

Geri qayıt