Qelebə.az / Zaur Həşimov: “Bu işdə tək olmalı deyiləm”

Zaur Həşimov: “Bu işdə tək olmalı deyiləm”

Bu gün, 20:35

Misli Premyer Liqasının XII turunda "Şəfa" "Qəbələ"ni qəbul edib - 0:2.

QELEBE.AZ xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib.

"Oyun haqda geniş danışılası bir şey yoxdur. 59-cu dəqiqəyə qədər rəqibin qol epizodu yox idi. İlk fürsətdəcə fərqləndilər. Sonluq da gözlənilən idi. Biz irəli atılacaqdıq, rəqib isə əks-hücumda oynayacaqdı. "Qəbələ" bizim kritik səhvdən sonra ikinci qolu vurdu və qələbə qazandı. Düşünürdük ki, artıq "qara zolaq"dan çıxmışıq. Amma bu oyun üzərimizdəki təzyiqi artırdı".

- Bu vəziyyətdən çıxmaq üçün hansı addımı atmağı düşünürsüz?

- Şikayət etməyi sevmirəm. Amma görürsüz ki, hücumçu mövqeyində konkret çətinliklərimiz var. Yeganə hücumçu Luis Felipe idi. Gələndən sonra zədələnmişdi. İndi isə 6 aylıq sıradan çıxıb. Bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edirik. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Amma fikrimcə, bu işdə tək olmalı deyiləm. Rəhbərlik, mən, futbolçular - kollektiv olaraq vəziyyətdən çıxmaq üçün addımlar atmalıyıq.

Geri qayıt