Qelebə.az / “Real” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb

“Real” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb

Bu gün, 10:23

“Real” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi qapıçısı Tibo Kurtua ilə yeni anlaşma əldə edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçikalı qolkiperlə müqavilənin müddəti 2028-ci ilin yayına qədər uzadılıb.

“Real” bundan əvvəl Arda Güler və Orelyen Çuameni ilə də müqaviləni yeniləyib.

34 yaşlı qapıçı 2018-ci ildən Madrid klubunda çıxış edir. O, bu mövsüm La Liqada 11 oyunda meydana çıxıb.

Geri qayıt