Albaniya Superliqasında XII turun oyunları keçirilir.
QELEBE.AZ xəbər verir ki, Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Skenderbeu” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq Əliyev qarşılaşmaya start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, “Eqnatiya” 27 xalla turnir cədvəlində liderliyini qoruyub.