“Qalatasaray” bir neçə futbolçusunun sağlamlıq vəziyyəti ilə bağlı məlumat yayıb.
QELEBE.AZ xəbər verir ki, Aleksey Batrakov və Davinson Sançes zədələrindən sonra komanda ilə məşqlərə qoşulublar.
Roland Sallai və İsmail Yakobsun isə müayinələrdən sonra əzələ zədəsi aşkarlanıb və onların müalicəsinə başlanılıb. Uğurcan Çakır da sağ çiynindəki zədədən sonra məşqlərə qayıdıb.
Sol dizindən əməliyyat olunan Viktor Osimhen fizioterapevtlərin nəzarəti altında zal məşqlərinə başlayıb.
Rafael Leaonun müalicəsi isə əvvəlcədən planlaşdırıldığı kimi Qətərin Doha şəhərindəki Aspetar klinikasında 10 gün davam edəcək.