Kilian Mbappe PSJ tarixinin ən yaxşı bombardiri olub.
“QELEBE.AZ” xəbər verir ki, 24 yaşlı hücumçu üçün “Nant”a vurduğu qol klubdakı 247-ci matçında 201-ci olub.
Beləliklə, Mbappe komandanın heyətində 200 qolu olan əvvəlki bombardiri Edinson Kavanini keçib.