Qelebə.az / Basketbolçularımız Serbiyada təlim-məşq toplanışı keçirir

Basketbolçularımız Serbiyada təlim-məşq toplanışı keçirir

Bu gün, 14:11

14 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışı keçirir.

Apasport.az xəbər verir ki, noyabrın 19-dan 22-dək davam edəcək hazırlıq prosesi çərçivəsində yığmamız bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, U-14 millimiz Serbiyanın tanınmış klubları “Partizan” və “Crvena Zvezda” ilə qarşılaşacaq.

Geri qayıt