Qelebə.az / “Xankəndi” doğma arenada ilk oyununa çıxıb - YENİLƏNİB

“Xankəndi” doğma arenada ilk oyununa çıxıb - YENİLƏNİB

Bu gün, 09:45

Bu gün Azərbaycan I Liqasında VIII tura start verilib.

QELEBE.AZ xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma keçirilib.

MOİK “Səbail”i, “Mingəçevir” isə “Baku Sportinq”i qəbul edib.

Günün əsas oyunu Xankəndidə baş tutub. Şəhərin eyniadlı təmsilçisi ilk dəfə bu arenada meydana çıxıb. Komandanın rəqibi “Karvan-Yevlax” olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Xankəndi Şəhər Stadionu noyabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılan arenanın tamaşaçı tutumu 8554 nəfərdir.

Azərbaycan I Liqası
VIII tur

19 noyabr

14:00 MOİK – "Səbail" 0:0
14:30 "Mingəçevir" – "Baku Sportinq" 1:0
16:00 "Xankəndi" – "Karvan-Yevlax" 2:0

Geri qayıt