Qelebə.az / Dünya çempionatı: İki cüdoçumuz bürünc uğrunda mübarizə aparacaq - YENİLƏNİR

Dünya çempionatı: İki cüdoçumuz bürünc uğrunda mübarizə aparacaq - YENİLƏNİR

Bu gün, 14:54

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında Azərbaycan cüdoçularının çıxışları davam edir.

Apasport.az saytının Daşkəndə ezam olunmuş əməkdaşının məlumatına görə, mundialın ilk günündə ölkəmizi 5 çəki dərəcəsində 6 idmançı təmsil edib.

Qızların yarışında Nərgiz Əhmədova (48 kq) ilk görüşündə çilili Mariya Valensiyanı məğlub etsə də, 1/8 finalda rusiyalı Sofiya Zaxarovaya uduzaraq mübarizəni dayandırıb. Aysun Məmmədova (52 kq) kanadalı Rima Burihana, Vüsalə Hacıyeva (57 kq) isə sloveniyalı Nika Tomtsa məğlub olub.

Xədicə Qədəşova (57 kq) gürcüstanlı rəqibini, italiyalı Alis Martellaçini və kanadalı Laurens Qanyonunu üstələyərək yarımfinala yüksəlib. Lakin finala gedən yolda monqolustanlı Ariunzaya Terbişə uduzub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə sloveniyalı Nika Tomtsla qarşılaşacaq.

Oğlanların yarışında Ayxan Mirzəzadə (60 kq) ilk görüşündə kiprli Stratos Xaralampusu məğlub etsə də, 1/8 finalda gürcüstanlı Luka Omanadzeyə uduzub.

İkiqat Avropa çempionu Məhəmməd Musayev (66 kq) isə ilk görüşlərində ipponla və ne-vaza texnikası ilə qələbələr qazanıb. O, 1/4 finalda son dünya çempionu gürcüstanlı Tornike Qiqaurini də ipponla məğlub edərək yarımfinala yüksəlib. Lakin finala gedən yolda rusiyalı Abdullax Parçiyevə məğlub olub. Musayev bürünc medal uğrunda digər rusiyalı İslam Sultanqovla üz-üzə gələcək.

Geri qayıt