Qelebə.az / Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi futbol oyunu keçirilir - FOTO

Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi futbol oyunu keçirilir - FOTO

Bu gün, 16:19

Xankəndi şəhər stadionunda Azərbaycan I Liqasının VIII turu çərçivəsində “Xankəndi” – “Karvan-Yevlax” matçı keçirilir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, görüşü stadiondan iki minə yaxın azarkeş izləyir.

Oyunda Azərbaycanın gənclər və idman naziri, Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri, digər rəsmi şəxslər və futbol ictimaiyyətinin nümayəndələri də iştirak edirlər.

Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimovdur. Ona yan xətt hakimləri Sənan Atayev və Vüqar Bayramov, dördüncü hakim isə Nazim Abdullayev kömək edir.

Qeyd edək ki, bu, əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi futbol oyunudur.

Geri qayıt