İspaniyalı qapıçı Antonio Adan 39 yaşında peşəkar futbolçu karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, “Real”ın (Madrid) yetirməsi olan qolkiper sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə uzun müddət düşündükdən sonra bu qərara gəldiyini açıqlayıb.
Adan 2010-cu ildə Madrid təmsilçisinin əsas komandasında debüt edib.
Qapıçı karyerası ərzində “Kalyari”, “Betis”, “Atletiko” (Madrid) və “Sportinq”də çıxış edib. Onun son klubu İranın “İstiqlal” komandası olub.