FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi 1145,18 xalla 124-cü pillədə qərarlaşıb.
Yığmamız ötən ayla müqayisədə üç sıra irəliləyib.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv noyabrda iki oyun keçirib. Millimiz UEFA Millətlər Liqasında Lixtenşteyni 1:0, yoldaşlıq görüşündə isə Andorranı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, reytinq cədvəlinə 2004,48 xalla İspaniya millisi başçılıq edir. Dünya çempionatının finalçısı Argentina 1966,13 xalla ikinci, Fransa isə 1950,82 xalla üçüncü yerdədir.