Qelebə.az / Bakıda cüdo üzrə kəmər imtahanı keçiriləcək

Bakıda cüdo üzrə kəmər imtahanı keçiriləcək

Bu gün, 17:00

Noyabrın 21-22-də Bakıda cüdo üzrə kəmər dərəcələri almaq üçün rəsmi imtahan təşkil olunacaq.

QELEBE.AZ xəbər verir ki, imtahan Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində keçiriləcək.

Kəmər seçimi idmançıların yaşına uyğun aparılacaq. İmtahanı uğurla başa vuran iştirakçılara ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək. İmtahanda iştirak etmək istəyənlər təmsil etdikləri idman təşkilatı vasitəsilə və ya birbaşa ACF-ə müraciət edə bilərlər. Qeydiyyat ödənişlidir.

Geri qayıt