Qelebə.az / Azərbaycan idmançıları Boluda 15 medal qazanıblar

Azərbaycan idmançıları Boluda 15 medal qazanıblar

Bu gün, 17:05

Azərbaycan idmançıları Türkiyənin Bolu şəhərində keçirilən uşu üzrə 9-cu Açıq Balkan çempionatı və Avrasiya Kubokunda uğurlu çıxış ediblər.

QELEBE.AZ xəbər verir ki, kiçik yaşlı yeniyetmələr (9-11 yaş) arasında “light-sanda” üzrə Teyyub Eminli (26 kq) və Mənsur Camallı (36 kq) qızıl, Turqut Ələkbərov (21 kq), Ağacəfər Nəsrullayev (27 kq) və Qəhrəman Hümbətzadə (30 kq) gümüş medal qazanıblar.

Yeniyetmələr (12-14 yaş) arasında sanda üzrə Ramal Xudaverdiyev (45 kq) birinci, Nuruməmməd Cəfərov (56 kq) ikinci olub.

Gənclər (15-17 yaş) arasında Əli Osmanov (45 kq), Əli Cabbarlı (52 kq), Xəyal İbrahimov (56 kq), Nihad Əsgərov (60 kq) və Zaur Quluzadə (75 kq) qızıl medal əldə ediblər. Mehdi Qüdrətov (48 kq), Əbülfət Quluzadə (56 kq) və Sənan Şixəliyev (60 kq) isə gümüş medala sahib çıxıblar.

Böyüklər arasında Elvin Eminli (56 kq) və Elçin Eminov (70 kq) ikinci, Nihad Kərimov (60 kq) üçüncü yeri tutub.

Veteranların sanda yarışında isə Samir İbrahimi (+90 kq) qızıl medal qazanıb.

Beləliklə, Azərbaycan təmsilçiləri yarışı 7 qızıl, 7 gümüş və 1 bürünc medalla başa vurublar.

Geri qayıt