UEFA Millətlər Liqasının qrup mərhələsinə yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, VI turun son oyun günündə A və B liqalarında ümumilikdə 8 qarşılaşma keçirilib.
Günün diqqətçəkən matçlarından biri Böyük Britaniyada baş tutub. Portuqaliya millisi səfərdə Uels yığması ilə üz-üzə gəlib. A Liqasının 4-cü qrupunun digər görüşündə Danimarka Norveçi qəbul edib.
B Liqasında isə dörd qrupda altı qarşılaşma təşkil olunub. Polşa İsveçlə, Ukrayna Gürcüstanla, İrlandiya isə Kosovo ilə münasibətlərə aydınlıq gətirib.
UEFA Millətlər Liqası
VI tur, 17 noyabr
A Liqası
23:45. Danimarka – Norveç 2:3
23:45. Uels – Portuqaliya 2:3
B Liqası
23:45. Macarıstan – Şimali İrlandiya 1:1
23:45. Ukrayna – Gürcüstan 1:0
23:45. İsrail – Avstriya 1:1
23:45. İrlandiya – Kosovo 3:0
23:45. Bosniya və Herseqovina – Rumıniya 2:1
23:45. Polşa – İsveç 1:1