19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, komanda Farer adalarının müvafiq yaş qrupundan olan kollektivi ilə qarşılaşıb.
Yığmamız səfərdə 2:0 hesablı qələbə qazanıb. Komandamızın qollarını 16-cı dəqiqədə Ümid Səlimov və 67-ci dəqiqədə penalti zərbəsindən Mustafa Kamara vurub.
Qeyd edək ki, U-19 əvvəlki matçlarında Monteneqroya 2:7, Serbiyaya isə 0:4 hesabı ilə uduzub.