Qelebə.az / “Neftçi”də yeni hakim qaydaları ilə bağlı seminar keçirilib

“Neftçi”də yeni hakim qaydaları ilə bağlı seminar keçirilib

Dünən, 15:14

“Neftçi”nin məşqçi və futbolçu heyəti üçün seminar təşkil olunub.

Apasport.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində keçirilən tədbirdə AFFA-nın Hakim-inspektorlar Komitəsinin üzvü, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədov iştirak ediblər.

Seminar zamanı komanda üzvlərinə hakimlikdə tətbiq olunan yeni qaydalar barədə ətraflı məlumat verilib, maarifləndirici videolar nümayiş etdirilib.

Geri qayıt