“Kəpəz” Misli Premyer Liqasının XII turunda “Qarabağ”ı qəbul edəcək.
Apasport.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçiriləcək matç üçün artıq 8400 bilet satılıb.
Bu barədə “sarı-göylər”in mətbuat xidməti məlumat yayıb.
Noyabrın 22-də baş tutacaq matça 17:00-da start veriləcək.
Qeyd edək ki, “Kəpəz” 11 turdan sonra 17 xalla turnir cədvəlində altıncı sırada qərarlaşıb. Aktivində 20 xalı olan “Qarabağ” isə 4-cü pillədədir.