Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.
Apasport.az xəbər verir ki, o, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən kişi voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/32 final mərhələsinin qarşılaşmasına supervayzer təyin olunub.
Noyabrın 18-də Yunanıstanda keçiriləcək oyunda yerli “OFI Crete” komandası Almaniyanın “Helios Grizzlys Gıesen” klubu ilə üz-üzə gələcəklər.
Qarşılaşmanı türkiyəli Meryem Tekol Pelenk və serbiyalı Aleksandra Balanziç idarə edəcəklər.