Qelebə.az / “İnter” braziliyalı futbolçusunu əldən buraxmır: Yeni müqavilə

“İnter” braziliyalı futbolçusunu əldən buraxmır: Yeni müqavilə

Bu gün, 09:09

İtaliyanın “İnter” klubu müdafiəçisi Karlos Auqusto ilə müqaviləni yeniləməyə hazırlaşır.

QELEBE.AZ xəbər verir ki, Milan təmsilçisi 27 yaşlı braziliyalı futbolçu ilə uzunmüddətli sözləşmə barədə razılığa gəlib. 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər arasında 2031-ci ilin iyununa qədər nəzərdə tutulan yeni müqavilə ilə bağlı şifahi razılaşma əldə olunub.

Yaxın vaxtlarda müqavilənin rəsmiləşdirilməsi üçün növbəti addımların atılacağı gözlənilir.

Qeyd edək ki, Karlos Auqusto 2023-cü ildə “Montsa”dan “İnter”ə transfer olunub. 27 yaşlı müdafiəçi cari mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Geri qayıt