Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqası ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, Türkiyə yığması qrup mərhələsini xalsız başa vuraraq B Liqasına düşüb.
A1 qrupunda mübarizə aparan "ay-ulduzlular" keçirdiyi 6 görüşün hamısında məğlub olub. Komanda bu qarşılaşmalarda 4 qol vurub, qapısından 15 top buraxıb.
Qeyd edək ki, Türkiyə qrupdakı son matçında Fransaya 1:2 hesabı ilə uduzub.