Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç milli komanda forması ilə keçirdiyi oyunların sayına görə Lionel Messi ilə eyni göstəriciyə çatıb.
Apasport.az xəbər verir ki, Millətlər Liqası çərçivəsində Çexiya ilə qarşılaşma 40 yaşlı futbolçu üçün milli komandada 208-ci oyun olub.
Beləliklə, Modriç bu göstəricidə argentinalı Lionel Messi ilə bərabərləşib.
Qeyd edək ki, milli komandada ən çox oyun keçirən futbolçu isə 234 matçla Kriştiano Ronaldodur.